“Onu harda görsəm..." -Telli Borçalı əsəbləşdi

“Onu harda görsəm..." -Telli Borçalı əsəbləşdi
3068 dəfə oxunub
  • A-
  • A
  • A+
Aşıq Telli Borçalı ANS-də yayımlanan “Bir gün” verilişində maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi onu parodiya edənləri tənqid atəşinə tutub. O deyib ki, “Bu şəhərdə”nin aktyorları Rafael və Coşqunun parodiyasını bəyənsə də, “Planet Parni iz Baku”dakı obrazından narazı qalıb:

“Rafael və Coşqun məni parodiya etmişdilər, çox xoşuma gəlmişdi. Tahir İmanovun xətrini çox istəsəm də, onun “KVN” tamaşasında məni o qədər şit parodiya etmişdilər ki, orada Tellidən əsər -əlamət yox idi. Heç mən o sözləri işlətmirəm. Özüm onların parodiyalarına baxmamışam. Bu yaxınlarda təqdimatların birində mənə telefonda göstərdilər. O qədər əsəbiləşdim ki... Tamaşada məni təqdim eləyən aparıcı rolundakı həmin oğlanı harada görsəm, ona bircə kəlmə söz deyəcəyəm. Parodiya edən bir qız da var idi. Adamı bu qədər şit parodiya etməzlər. Bundan sonra müraciət etsinlər, mən özüm onlara deyim ki, sözlərimi, yerişimi, duruşumu necə bənzətmək lazımdır”.