“Yumor hissimin olması insanları təəccübləndirir” - Viktoriya

“Yumor hissimin olması insanları təəccübləndirir” -  Viktoriya
1192 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış modelyer Viktoriya Bekhem “Elle” jurnalına müsahibə verib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaratdığı markaların kifayət qədər gəlir gətirdiyini söyləyən Bekhem Londonda da yeni butiklərini açdığını deyib.

Viktoriya həmçinin qeyd edib ki, özünü sevən və dəyərləndirən qadın dəblə ayaqlaşır və görünüşünə ayırmağa mütləq vaxt tapır. Biznesinin uğurlarından danışan Viktoriya peşəkar komanda ilə çalışdığını vurğulayıb:

“Mən prosesin tamamilə içindəyəm. İstəyirəm ki, ideyaların hər birini özüm verim, çünki marka mənim adımı daşıyır və burda sırf mənim düşüncələrimin məhsulu olmalıdır. Müvəffəqiyyətsizlikdən qorxmuram. Sadəcə pozitiv şeylər haqqında düşünürəm. Heç kimlə yarışmıram, belə bir şəxs olmalıdırsa, bu, yalnız özüməm. Dəblə özümü kiməsə sübut etmək üçün yox, sevdiyim üçün məşğul oluram. Düşünürəm ki, uğursuzluq qorxusu bizə risk etməyə icazə vermir. Deməli, irəli gedə bilmirik. Qarşıma məqsəd qoyuram və ona çatmaq üçün bütün gücümü sərf edirəm”.

Viktoriya maraqlı bir məqama da toxunub:

“Məndə yumor hissinin olması insanları təəccübləndirir. Öz işimə qarşı çox ciddi olsam da, şənlənməyi sevirəm. Yəqin ki, işimə olan ciddiliyim insanlarda gülməyi bacarmadığım fikrini yaradır”.