Merlin Manronun heykəlini zibilliyə atdılar - fotolar

Merlin Manronun heykəlini zibilliyə atdılar - fotolar
2176 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı əfsanəvi ulduz Merlin Manronun Çinin Quanqxi Suanq ərazisindəki heykəli zibilliyə atılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, unudulmaz aktrisanın "Yeddi ilin arzuları" filmindəki məşhur ətəyin havada uçması səhnəsinə ithaf olunaraq hazırlanan bu heykəl Quanqxidə 6 ay nümayiş olunub.

Paslanmayan poladdan düzəldilmiş 8 metrlik heykəl 8 ton ağırlığındadır və iki il əvvəl çinli heykəltəraşlar tərəfindən hazırlanıb. Heykəlin bu qədər qısa bir müddətdə sərgilənməsinin səbəbi isə bilinmir.

Xatırladaq ki, Manronun Amerikanın Çikaqo ştatındakı oxşar heykəlinin nümayişi də qısaömürlü olmuşdu.