Cessika Alba İstanbulda - fotolar

Cessika Alba İstanbulda - fotolar
1727 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli Hollivud ulduzu Cessika Alba İstanbuldadır.

Axşam.az-ın “Habertürk”ə istinadən məlumatına görə, aktrisa dondurma firmalarından birinin həftəsonu keçiriləcək mükafatlandırma mərasiminin xüsusi qonağı olacaq.

“Atatürk hava limanı”nda fanatları Cessika Albanı şüarlar yazılmış plakatlarla qarşılayıblar və ona gül dəstəsi veriblər.

Jurnalistlərin suallarını cavablandıran amerikalı aktrisa “bura gəldiyim üçün çox şadam. Bilirəm ki, İstanbulun çox gözəl məscidləri və dadlı yeməkləri var” deyib.

Qeyd edək ki, Türkiyəyə ilk dəfə gedən Cessika dondurma markalarından birinin reklamlarında çəkiləcək.