Faiq Ağayev: "Hamımız ona aşiq idik" (Video)

Faiq Ağayev: "Hamımız ona aşiq idik" (Video)
1453 dəfə oxunub
  • A-
  • A
  • A+

"Məni qəşəngcənə döydülər". Bu etiraf xalq artisti Faiq Ağayevindir.

ANS PRESS-in məlumatına görə, müğənni Lider TV-nin "Pərdə" verilişinə uşaqlıq xatirələrini danışarkən, ortaya maraqlı və məzəli nüanslar çıxıb. Sən demə, xalq artisti uşaqlıqda valideynlərindən xəbərsiz evlərinin qarşısındakı avtobus dayanacağından 123 saylı avtobusa minərək "8-ci mikrorayon"a səyahət etməsi möhkəm döyülməsi ilə nəticələnib.

F.Ağayevin daha bir məzəli xatirəsi bağçaya getdiyi illərdə tərbiyəçiyə vurulması olub: "Çox gözəl tərbiyəçimiz var idi. Oğlan uşaqlarının hamısı ona aşiq idi. Günorta saatlarında bilərəkdən yatmırdıq ki, tərbiyəçimiz gəlib bizi əli ilə oxşasın."

Xalq artistinin məktəb xatirələri də əsasən qızlarla bağlı olub. Çox qısqanc olduğunu etiraf edən Faiq siniflərindəki ən gözəl qız üstündə dalaşmasından gülə-gülə söz açıb.