Heydər Əliyev Sarayında "Muğam qanadları"

Heydər Əliyev Sarayında "Muğam qanadları"
819 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayının təşkilatçılığı ilə oktyabrın 7-də “Muğam qanadları” adlı konsert keçiriləcək.

Axşam.az-ın məlumatına görə, konsertdə muğamın mahir ifaçıları, respublikanın xalq artistləri - Simarə İmanova, Zabit Nəbizadə və özünəməxsus üslubu olan, respublika və beynəlxalq muğam musabiqələrində iştirak edən Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, Arzu Əliyeva, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Rəvanə Ərəbova, Elnur Zeynalov və Gülay Qədirova iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb.