Dünyanın ən balaca qadını Hollivudda – fotolar

Dünyanın ən balaca qadını Hollivudda – fotolar
3728 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən balaca qadını hesab olunan Jyoti Amge xəyallarını gerçəkləşdirərək Hollivuda gedib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 63 santimetr boyu ilə “Ginnesin Rekordlar Kitabı”na “Ən kiçikboylu qadın” kimi düşən Jyoti ABŞ-da yayımlanan məşhur “American Horror Story” (“Amerikanın dəhşət hekayəsi”) serialında çəkilib.
 
Ekran işinin Kaliforniyada təşkil edilən qala gecəsində qırmızı xalıda Erika Ervin və Emma Robertsin qucağında fotokameralara poz verən J.Amge aktrisa Cessika Leyncin canlandırdığı Elsa Mars obrazının assistenti rolunu ifa edib.

Qeyd edək ki, Jyoti Amge 1993-cü ildə Hindistanın Naqpur şəhərində dünyaya gəlib.