“Məni təpiklə küçəyə qovdular” - Samiraldo

“Məni təpiklə küçəyə qovdular” - Samiraldo
4390 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Samir Əliyev (Samiraldo) onu uşaq evinə atan ailəsindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinə açıqlama verən Samiraldo çətin həyatı haqda bunları deyib:

“Valideynlərimin məni niyə kimsəsizlər evinə atdığını bilmirəm. Anam ali savadlı diplomat idi. Ziyalı ailəsində doğulub. 13 yaşımda atam mənim sağ olduğumu bilib, yanına aparmaq üçün internat məktəbinə gəlmişdi. Həmin vaxt belə bir şeyə icazə verilmirdi. Uşaq evindən çıxandan sonra heç vaxt valideynlərimi axtarmamışam. Çünki onlar mənə yaddırlar. Uşaq evində mən çox əziyyət çəkmişəm. Bir erməni müdirə var idi, uşaqlara işgəncə verirdi. Allahdan da qorxmurdu. 16 yaşımda məni təpiklə küçəyə qovdular. İlk dəfə sərbəst həyata atılmaq mənim üçün çox çətin idi. Hətta dəfələrlə özümü öldürmək istədim. Mənə çox böhtan yaxdılar. Amma özümü zəif saymadım və bu günə gəlib çatdım”.