Gülbən Ərgəndən həyat yoldaşına jest

Gülbən Ərgəndən həyat yoldaşına jest
2763 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Gülbən Ərgən həyat yoldaşı, telejurnalist Ərxan Çəlikə jest edib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi 3 oğlunun atası Mustafa Ərdoğanın soyadını heç vaxt qəbul etməsə də, indiki ərinə qarşı fərqli addım atıb. O, sosial şəbəkədə özünə “Çəlik” soyadını götürüb.

G.Ərgən bundan sonra həm öz, həm də həyat yoldaşının soyadı ilə çağrılmaq istədiyini deyib. Gülbənin bu addımı İnstaqramda 726 min, “Twitter”də 3 milyondan çox izləyicisi tərəfindən alqışlanıb.

Hazırda müğənninin şəxsiyyət vəsiqəsində də soyadını dəyişib-dəyişməyəcəyi müzakirə obyektinə çevrilib.