50 illik əfsanə dağılır

50 illik əfsanə dağılır
986 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur “Pink Floyd” rok qrupu “The Endless River” adlı albomları ilə fəaliyyətini dayandıracaq.

Axsam.az-ın xarici saytlara istinadən xəbərinə görə, qrupun üzvləri Nik Mason və David Gilmour albom haqqında BBC-yə açıqlama zamanı bildiriblər ki, noyabrda yayımlanacaq bu albom onların son işidir.

Onlar qeyd edib ki, “The Endless River” albomundan sonra yeni mahnı oxumuyacaqlar. Gilmour deyib:

“Bu bizdən görəcəyiniz son işdir".


Qeyd edək ki, İngiltərənin məşhur rok qrupu 1965-ci ildən fəaliyyət göstərir. Qrupun "The Dark Side of the Moon" albomu 741 həftə ərzində hit-paradlarda ilk 200 mahnı arasında olub.