Məşhur dizayner qızını ərə verdi - fotolar

Məşhur dizayner qızını ərə verdi - fotolar
3689 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur italiyalı dizayner Roberto Kavalli qızı Kristiananı ərə verib.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, onu səcdəgaha qədər ötürən 73 yaşlı dəb rəssamı öz bloqunda “Atanın qüruru” sözlərini yazaraq hisslərini ifadə edib.

R.Kavalli qızının nikah mərasimi haqda bunları deyib:

“Onu toyunda səcdəgaha qədər müşayiət etmək nadir təcrübədir. Həmin yolda mən Kristiananın həyatının ən vacib anlarını xatırladım: doğulduğu günləri, ilk sözünü, birinci addımlarını, məktəbdəki il gününü, hətta ilk sevgisini. Mən öz xoşbəxtliyimi sözlərlə ifadə edə bilmirəm”.

Qeyd edək ki, Robertonun qızının gəlinliyinin özünün hazırlayıb-hazırlamadığı isə hələ ki, məlum deyil. Kristiana Kavallinin həyat yoldaşının adı Françeskodur.