Polad Ələmdara xanımından öpüşmə qadağası

Polad Ələmdara xanımından öpüşmə qadağası
3162 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qurdlar vadisi” serialından Polad Ələmdar rolu ilə tanınan aktyor Nəcati Şaşmaza xanımı Nagəhan Qaşıqçı tərəfindən qadağa qoyulub.
 
Axşam.az Türkyə mətbuatına istinadən xəbər verir ki, 8 il əvvəl adıçəkilən serialda Hollivud ulduzu Şeron Stounla öpüşən N.Şaşmazın aktrisanı yenidən ekran işində görmək istəməsi N.Qaşıqçının narazılığına səbəb olub.

Nagəhan istəmədiyi üçün məşhur aktrisanın layihədə yer almayacağı söylənilir. Hətta onun tələbi ilə öpüşmə səhnələrinin olduğu kadrların saytlardan yığışdırılmağa başlanıldığı deyilir.

Qeyd edək ki, Nəcati Şaşmaz illər əvvəl açıqlamasında Şeron Stounla öpüşmə səhnələrini 24 dəfə təkrar çəkdiklərini söyləmişdi.