“Toyumda elə qar yağmışdı ki...” – fotolar

“Toyumda elə qar yağmışdı ki...” – fotolar
4762 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hələ bu harasıdır” verilişinin növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, proqramda toy və yas mərasimlərində israfçılıq müzakirə edilib. Prodüser Təranə Səmədovanın aparıcılıq etdiyi verilişin qonaqları sırasında əməkdar artist Firuzə İbadova, prodüser Sayqa Cahid yer alıb. Toyunu xatırlayan S.Cahid bunları deyib:

“Toy günümdə gəlin maşını Cavanşir Məmmədovun avtomobili olacaqdı. Amma elə qar yağmışdı ki, maşınları yerindən tərpətmək mümkün deyildi. Şadlıq evinə çətinliklə getmişdim. Hətta arada gəlinlik geyimində metroya da enməyi düşünürdük”.

Qeyd edək ki,”Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.