Tale Heydərov Londonda biznes forum keçirdi - fotolar

Tale Heydərov Londonda biznes forum keçirdi - fotolar
1098 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və AZPROMO-nun dəstəyi ilə ənənəvi biznes forum keçirilib.

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə siyasi və iqtisadi sabitliyini qorumağı bacarıb.

AAC-ın sədri Tale Heydərov deyib ki, forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır.
 
“Forumun ənənəvi olmasından məmnunluq duyur və onun ölkəmizdə biznesin inkişafına töhfə verəcəyinə, xarici investisiyaların artmasına müsbət təsir edəcəyinə ümid bəsləyirik” – deyə T.Heydərov bildirib. O, forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinə daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinə və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi Azərbaycanın daha da inkişaf etməsi üçün yetərli potensial olduğunu vurğulayıb.

Böyük Britaniya ilə ölkəmiz arasındakı investisiya əlaqələri haqqında danışan Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb edir və hər iki ölkənin iş adamları qarşılıqlı yatırımlara maraq göstərirlər.

Daha sonra forum sessiyalara davam etdirib.