“Arvadını tərifləyən kişilərdən zəhləm gedir” - fotolar

“Arvadını tərifləyən kişilərdən zəhləm gedir” -  fotolar
3459 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Manaf Ağayev “Hər şey daxil” verilişini evində qonaq edib.

Axşam.az-ın məlumatına görə, sənətçi mətbəxə girərək yeməklər hazırlayıb:

“Evimizdə yemək üstündə həmişə söz-söhbət olur. Evə gələndə xörək hazır olmur. Xanımım donmuş əti, toyuğu çıxarır ki, bişirim. Buna tab gətirmirəm, söz-söhbət salıram. Həyat yoldaşımın gözəl əl qabiliyyəti var. Dadlı yeməklər hazırlayır. Əslində arvadını tərifləyən kişilərdən zəhləm gedir. Amma həqiqəti deyirəm. O da özbaşına öyrənməyib. Yemək hazırlamağı ona anam öyrədib. Bizim evimizdə ət, toyuq, hind quşu rayondan gəlir. Qoyun mütləq qara ətli, hind quşu isə ot yeyərək böyüyəndən, vəhşisindən olmalıdır. Bu cür hallara önəm verirəm”.