Çingiz Abdullayev zabitlərləgörüşüb

Çingiz Abdullayev zabitlərləgörüşüb
752 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli yazıçı, əsərləri müxtəlif dillərə tərcümə edilmiş, “Şöhrət” ordenli Çingiz Abdullayev Hərbi Dəniz Qüvvələri zabitlərinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin rəhbəri Gülxar Məmmədova tədbiri açaraq yazıçının zəngin yaradıcılığından danışıb.

Görüşdə yazıçı özünün həyat və yaradıcılığından, müharibə və ədəbiyyatın qarşılıqlı münasibətindən, gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsindən danışıb, suallara ətraflı cavab verib.

Sonda Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov Çingiz Abdullayevə təşəkkür edərək, yaradıcılıq uğurları arzulayıb. Xalq Yazıçısına hərbi kollektiv adından hədiyyə təqdim edilib.