Arzu Əliyeva şirniyyat biznesinə başladı - fotolar+video

Arzu Əliyeva şirniyyat biznesinə başladı - fotolar+video
8615 dəfə oxunub
  • A-
  • A
  • A+
Ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyeva yeni biznes qurub.

Axşam.az-ın məlumatına görə, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın yeni açdığı “Baku cafe”də şirniyyat biznesi ilə məşğul olur. A.Əliyevanın şirniyyat məkanı “Arzu's Bakery” adlanır.

Bu haqda L.Əliyevanın İnstaqram səhifəsində qeyd edilib. 

Sosial şəbəkədə məkanın fotoları paylaşılaraq  “Arzu's Bakery” təbriklər. İlk müştərilərimiz... Təzə şirniyyatlar. Hamısı xüsusi reseptlərlə və xeyirli ərzaqlarla hazırlanıb, öz müştərilərini gözləyir”, - sözləri yazılıb.

Arzu Əliyevanın ilk müştəriləri isə Leyla Əliyeva və müğənni-bəstəkar Eminin əkizləri Əli ilə Mikayıl olub.