Damarlarını kəsdiyi iddia edilən qızın xalası danışdı (Video)

Damarlarını kəsdiyi iddia edilən qızın xalası danışdı (Video)
2699 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Pərviz Bülbülənin evlənməsinə dözməyib intihara cəhd etdiyi deyilən meyxanaçı Zemanın xalası danışdı. 

Ağayeva Gülçöhrə Əlirza qızı ANS TV-nin "Günə baxan" proqramı ilə telefon bağlantısı yaradaraq baş verənlərlə bağlı bildiklərini söylədi:

"Zema bizə zəng vurdu ki, indi məni göstərəcəklər. Düzdür, biz də boş verdik bu xəbəri. Dedik, göstərdilər, bitdi. Əslində isə bu qız nə damarını kəsib, nə də özünü dənizə atmaq istəyib. Bu xəbərin nə məqsədlə yayıldığını deyə bilmərəm. 14 yaşında qızdı, bunu yoxlamamış, araşdırmamış televiziyalar verirlər. Bu qız nə damarını kəsib, nə də özünü dənizə atmaq istəyib. Pərviz Bülbülənin toyu günü, 5 apreldə qız sağ-salamat evdə mənim yanımda oturmuşdu."

Xala Zemanın hal-hazırda evdə oturduğunu və kefinin də əla olduğunu bildirdi.

Qeyd edək ki, Zemanın fanatı olduğu meyxanaçı Pərviz Bülbüləyə görə intihara cəhd etmə xəbərini, Harun adlı gənc məqsədli şəkildə yalandan yaydığını etiraf edib.