Təranəni verilişdə təəccübləndirdi - video

Təranəni verilişdə təəccübləndirdi -  video
2402 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, efirdə bu dəfə milli musiqi alətləri müzakirə olunub. Aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları sırasında bəstəkar Nailə Mirməmmədli, Aşıq Əli və klarnet ifaçısı Hüseyn Məmmədoğlu yer alıb. H.Məmmədoğlu ifası ilə T.Səmədovanı canlı yayımda təəccübləndirib. O, gənc müğənninin mahnısını ifa edəcəyini bildiribvə klarnetdə aparıcının küsülü olduğu müğənni Günay İbrahimlinin “Sənə bağlanıram”ını səsləndirib. T.Səmədova canlı efirdə təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.