"Şeron"un Nicatı tək oxumağa başladı

"Şeron"un Nicatı tək oxumağa başladı
2387 dəfə oxunub
  • A-
  • A
  • A+
Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupunun üzvlərindən olan gənc ifaçı Nicat Rəhimov solo ifaya başlayıb.

Axşam.az-ın məlumatına görə, yeni mahnılar yazdıran sənətçi qrupdakı fəaliyyətini də davam etdirir.

"Rüstəm Zeynallının razılığı ilə tək də oxumağa başlamışam. Hazırda yeni bir mahnı üzərində çalışıram. Onun hit olacağına inanıram. Eyni zamanda yayın gəlişi ilə bağlı maraqlı fotosessiya da etdirmişəm” - deyə müğənni bildirib.

Fotoqraf: Bəhruz Əlizadə