Sibel Can seriala çəkiləcək - 8 il sonra

Sibel Can seriala çəkiləcək - 8 il sonra
2330 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış müğənni Sibel Can 8 illik fasilədən sonra yenidən serial aləminə qayıdır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 2007-ci ildə ATV-də yayımlanan “Ah İstanbul” serialında aktyor Tarık Akanla birlikdə kamera önünə keçən sənətçi yeni ildə “Gold Film”in istehsalı olan serialda baş rolda çəkiləcək.

Bir ailə dramından bəhs edəcək ekran işinin ssenarisi üzərində düzəlişlərin davam etdiyini söyləyən S.Can çəkiliş meydançasına qayıdacağı üçün çox həyəcanlı olduğunu bildirib:

“Uzun fasilədən sonra ekranlara qayıdıram. Serialın necə olacağı mənim üçün də maraqlıdır”.