Hollivud ulduzları Parisdə nişanlandılar

Hollivud ulduzları Parisdə nişanlandılar
901 dəfə oxunub
  • A-
  • A
  • A+
39 yaşlı aktrisa Şarliz Teron və 54 yaşlı aktyor Şon Penn münasibətlərinin başlamasından 1 il sonra nişanlanmaq qərarına gəliblər.

Axşam.az “Us Weekly” saytına istinadən xəbər verir ki, iddialara görə, cütlük noyabrda Parisdə gizli şəkildə nişanlanıb. Lakin Şarlizlə Şon bu məlumatı ciddi cəhdlə gizlədirlər.

Deyilənlər təsdiqini taparsa, bu, aktrisanın üçüncü evliliyi olacaq. Ulduzun Robin Raytla ilk nikahından iki övladı var. Ş.Teron isə ilk dəfə nikah masasına əyləşəcək. O, hazırda övladlığa götürdüyü oğlu Ceksonu böyüdür. Xatırladaq ki, Şarliz Teron və Şon Penn 2013-cü ilin dekabrından sevgilidirlər.