Tatlısəsin hamıdan gizlətdiyi sirrini keçmiş xanımı açdı

Tatlısəsin hamıdan gizlətdiyi sirrini keçmiş xanımı açdı
4703 dəfə oxunub
  • A-
  • A
  • A+
“Türk musiqisinin imperatoru” İbrahim Tatlısəsin hamıdan gizlətdiyi sirrinin üstü açılıb.

Axşam.az-ın “Habertürk”ə istinadən məlumatına görə, müğənninin keçmiş həyat yoldaşı Aşyəgül Yıldız “İbrahim bəy əməliyyatdan sonra uzun müddətdir ki, danışa bilmir”,- deyə açıqlama verib.

Belə ki, İ.Tatlısəs silahlı basqından sonra qulaq-burun-boğaz həkimi İsmayıl Koçaka yuxu apnoesi (qarabasma) şikayəti ilə müraciət edib və əməliyyat olunub. Lakin əməliyyatdan sonra sənətçinin hər iki burun dəliyində problem yaranıb və danışa bilməyib. Bu səbəbdən “İmperator” İstanbul Ali Hüquq Məhkəməsinə 50 min lirəlik (təxminən 16 min manat) təzminat davası ilə İsmayıl Koçakdan şikayət edib.

Həkim də öz növbəsində müğənninin sosial şəbəkədə onu günahlandıran statuslar yazması səbəbindən şöhrətinə ziyan dəydiyini bildirərək İ.Tatlısəsdən 100 min lirəlik (təxminən 33 min manat) təzminat tələb edib.
Ötən gün baş tutan məhkəmə prosesində şahid qismində dindirilən Ayşəgül Yıldız bunları deyib:

“Mahnı oxuması üçün səs məşqləri edirdi. Yuxu apnoesi problemi yaşayırdı. Burnunun sol tərəfində də narahatlığı var idi. İsmayıl bəy “əməliyyat olunsan, rahatlanacaqsan, yüngül bir prosesdir” dedi. Amma əməliyyatdan sonra uzun müddətdir ki, danışa bilmir. Burnundan nəfəs alanda sözün ortasında udqunur. Nəfəsi çatmadığı üçün nitqi tez-tez kəsilir. Mahnı da oxuya bilmir”.

Müğənninin meneceri Eyyub Kanat isə “Səsinin keyfiyyəti inanılmaz dərəcədə aşağı düşdü. Bu da əsəblərinə təsir etdi. Qolundakı iflicə də artıq o qədər də əhəmiyyət vermir”, - deyə açıqlama verib.

Qeyd edək ki, məhkəmə prosesi bir ay sonrayadək təxirə salınıb.