Hande Yenərə Azərbaycandan 1 milyonluq təklif

Hande Yenərə Azərbaycandan 1 milyonluq təklif
1463 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni il gecəsini Bakıda konsert proqramı ilə qeyd edən türkiyəli müğənni Hande Yenərə ölkəmizdəki televiziyalardan birindən təklif gəlib.

Axşam.az-ın “acunn.com”a istinadən xəbərinə görə, ifaçı 1 milyon lirəlik (təxminən 334 min 600 manat) təklifdən imtina edib. Yeni mövsümdə səs yarışmalarının birində münsif kürsüsündə əyləşməsi üçün ifaçıya hər buraxılışa görə 35 min dollar təklif olunub.

13 buraxılışının yayımlanması nəzərdə tutulan müsabiqənin çəkilişləri üçün H.Yenərin həftənin 3 günü Azərbaycanda olması lazım gəlib. Məhz elə bu səbəbdən müğənni təklifi qəbul etməyib. Handenin bu addımı atmasına Türkiyədə konsertləri və proqramları ilə bağlı imzaladığı müqavilələr səbəb olub.