Ceyda Düvənci həmkarı ilə eşq yaşayır – fotolar

Ceyda Düvənci həmkarı ilə eşq yaşayır –  fotolar
2355 dəfə oxunub
  • A-
  • A
  • A+
TRT-də yayımlanan “Aşqın qanunu” serialında rol alan aktrisa Ceyda Düvənci ilə aktyor Bülənt Şakrak sevgilidirlər.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, reytinq yığa bilmədiyi üçün bu gün final bölümü ilə ekranlara gələcək ekran işi iki məşhur cütlüyün tanışlığına səbəb olub. Çəkildikləri serial uğursuzluqla nəticələnsə də, dostları onlara belə təsəlli verib: "Serialınız bitdi deyə əsla narahat olmayın. Bu çəkiliş sayəsində bir-birinizi tanıdınız. Reytinq olmadı, amma eşq başladı".