Azərbaycan “Eurovision 2013”ə ev sahibliyini təhvil verəcək

Azərbaycan “Eurovision 2013”ə ev sahibliyini təhvil verəcək
870 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin mayında İsveçdə baş tutacaq “Eurovision 2013” mahnı müsabiqəsi ilə bağlı yanvarın 17-də ilk püşkatma mərasimi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, ötən il olduğu kimi bu il də iştirakçı ölkələrin iki yarımfinaldan hansında çıxış edəcəyi bu püşkatma zamanı məlum olacaq. Eləcə də bu püşkatma mərasimində birbaşa finalda iştirak hüququna malik 5 ölkədən (İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya) hansının I və II yarımfinalı yayımlayacağı məlum olacaq. Püşkatma mərasimi müsabiqənin baş tutacağı Malmö şəhərində keçiriləcək.

Həmin gün müsabiqənin simvolik ev sahibi açarı ötən il bu müsabiqəyə ev sahibliyi etmiş Azərbaycandan İsveçə təqdim olunacaq.

GÜNEL