Gənc yazarın pyesi Təbriz teatrında

Gənc yazarın pyesi Təbriz teatrında
695 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” adlı pyesi Cənubi Azərbaycanın tanınan “Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulacaq.

Axşam.az xəbər verir ki, klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməklə uşaqlara teatrı, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədəfləyən sənət ocağı bu dəfə gənc müəllifə üstünlük verməklə onun bədii nümunəsini səhnələşdirəcək. Tamaşa yanvarın 21-də balaca teatrsevərlərin ixtiyarına veriləcək və fevralın 9-dək Təbrizin Bəhmən teatr salonu başda olmaqla, bir sıra məkanlarında nümayiş olunacaq.

Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol alacaq.

Qeyd edək ki, səhnə nümunəsinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.