İzzət Bağırzadə təqdimat keçirdi - fotolar+video

İzzət Bağırzadə təqdimat keçirdi -  fotolar+video
1827 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırzadə bu gün media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Ey dost” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Sözləri dahi Nizami Gəncəvi, musiqisi Səfər Məmmədova aid olan bəstənin ekran həlli rejissor Nail Naiboğluya həvalə olunub.

İ.Bağırzadə yeni işi ilə bağlı məlumat verib:

“Bu təqdimatı böyük məkanlarda edib, hamını da ora yığa bilərdim. Amma istədim yanımda yaxınlarım olsun. Klipə ilk baxanlardan biri dostum Vasif Məhərrəmli olub. Şou aləmində mənə onun qədər yaxın ikinci insan yoxdur. Tək klipimi yox, albomumu da bu gün təqdim edirəm. 16 mahnıdan ibarətdir. Hətta anamın sözlərinə yazılmış mahnım da bu alboma daxil edilib. Diskə iki ad qoymuşuq: “Ey dost” və “Mənim dünyam”. “Ey dost” sırf mənə bəstələnib, “Mənim dünyam” mahnısını isə əvvəl xalq artistləri Zeynəb Xanlarova, Nisə Qasımova ifa edib. Fərqli aranjimanda oxudum. Bu albom da mənim dünyamdır"

Bir günə çəkilən klip İ.Bağırzadə ilə Nailin sayca səkkizinci işidir:

“Naillə işləmək mənə çox rahatdır. Bir-birimizi gözəl anlayırıq. Klipdə atılmış bir kişinin həyatından bəhs olunur. Ssenari Nailə məxsusdur, hər şeylə özü məşğul olub, mənə sonda gəlib klipə baxmaq düşüb. Süjet xəttinə görə, yaşlı kişi övladları tərəfindən atılır. Hekayə real həyatdan götürülüb".

Sərvər MEHTİYEV

Foto: Ramin ASLANOV