Mənsum İbrahimov Macarıstanda konsert verib - fotolar

Mənsum İbrahimov Macarıstanda konsert verib -  fotolar
911 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Mənsum İbrahimov Azərbaycanın Macarıstandakı səfirliyində Novruz bayramına həsr edilən konsert proqramında çıxış edib.
 
Axşam.az-ın məlumatına görə, onunla birlikdə səhnəyə tələbəsi Vüsalə Rəcova da çıxıb. 

M.İbrahimov kosnertdə xalq mahnıları, muğamlar səsləndirib. Hər iki ifaçı sonda “Qarabağ” mahnısını oxuyub. Onları tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Siyavuş Kərimov müşayiət edib.
 
Qeyd edək ki, tədbirdə Budapeştdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporu, macar ictimaiyyətinin nümayəndələri iştirak edib. Səfir Vilayət Quliyev Novruz ənənələrindən, bu bayramın xalqımızın mənəvi-estetik dünyasındakı rolundan söz açıb.

Martın 18-də isə Şuşa Rayon İcra Hakimiyyətinin və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Cöncöş şəhərində “Şuşa günü” keçirilib. XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada M.İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı və Vüsalə Rəcova konsert proqramı ilə çıxış ediblər.