Məhkumla intim əlaqəyə görə həbs olundu

Məhkumla intim əlaqəyə görə həbs olundu
4934 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın Vaşinqton şəhərində məhkumla sekslə məşğul olan həbsxana işçisi həbs olunub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Cill Küri adlı işçinin 25 yaşlı məhkumla 13 dəfə sekslə məşğul olduğu təsdiqlənib. Məhkəməyə ağlayaraq gələn qadın təhlükəli məhkumu başdan çıxardığını boynuna alıb və buna görə üzr istəyib.

Məlum olub ki, nəzarətçilər yeməkdə olan vaxt texniki işlərdən məsul olan Küri məhkumun elektron qapısını açaraq onu anbar deyilən otağa aparırmış. Qadın peşman olduğunu dilə gətirsə də, məhkəmə ona 4 il 2 ay həbs cəzası verib.