Pekində 28 May – Respublika Günü münasibətilə bayram konserti keçirilib.
Axşam.az-ın məlumatına görə, Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə müğənni-aparıcı Vüsalə Rəcova da öz musiqilərini səsləndirib.
Onu əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) müşayiət edib.
Xalq və bəstəkar mahnılarının ifaçısı olan V.Rəcova konsertdə yeni repertuarını təqdim edib. Yaradıcılıq səfərinin davam etdiyini bildirən müğənni mayın 31-də müəllimi, xalq artisti Mənsum İbrahimovla da konsert verəcək.