Müğənni Sevda Sanəliyevanın anası Rəhilə Həmidova vəfat edib.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir xəstəxanada olan Rəhilə xanım böyrək çatışmazlığından əziyyət çəkirdi.
Qeyd edək ki, S.Sanəliyeva açıqlamasında anasının xaricdə əməliyyat olunduğunu demişdi:
“Hazırda anamı Bakıya gətirmişik. Reanimasiyadadır, süni nəfəs aparatına qoşublar. Vəziyyəti ağırdır. Böyrək köçürdülər. Ağciyərləri sıradan çıxıb”.
Allah rəhmət eləsin!