"Halikarnas steak house" işə başladı - fotolar

"Halikarnas steak house" işə başladı - fotolar
4871 dəfə oxunub
  • A-
  • A
  • A+

2011-ci ildən Bakıda fəaliyyət göstərən "Halikarnas" balıq evi bəzi yeniliklərə imza atıb.

Axşam.az-ın məlumatına görə, mayın 30-dan etibarən restoranda həmçinin "steak house" qonaqlara xidmət göstərir. Bununla bağlı həftəsonu təmtəraqlı açılış mərasimi baş tutub.

Xəzər dənizinin sahilində yerləşən məkanda qonaqlar həm qapalı, həm də açıq havada dincələ bilərlər.

Restorana Türkiyədən xüsusi işçi heyəti gətirilib. Müştərilər müxtəlif və heç bir yerdə rast gəlməyəcəkləri ət növlərini burada dadmaq imkanı qazanacaqlar.

Tədbirin aparıcılığını Zemfira Adıgözəlova edib. “Halikarnas steak house”la bağlı məlumat verən aparıcı işçi heyətinin peşəkarlığından, yeməklərin ləzzətindən xüsusilə danışıb.

Gecənin özəl qonağı Ukraynanın əməkdar artisti Alla Kuşnir olub. Rəqqasə bir-birindən maraqlı şousu ilə hər kəsi heyran edib.

Açılışa həmçinin sənət aləminin tanınmış simaları - xalq artisti Məleykə Əsədova, əməkdar artist Aybəniz Haşımova, Almaz Ələsgərova, müğənni Vasif Məhərrəmli, Ayan Babakişiyeva və Məryəm Şabanova qatılıb.

“Halikarnas steak house”da gözəl dizayn, rahat ortam tanınmış dizaynerlər tərəfindən hazırlanıb. Özəl tədbirlərinizi, ad günlərinizi, romantik şam yeməyini məhz burada keçirə bilərsiniz.

Ünvan: Bakı, Hövsan yolu, Qum adası.

Tel.: (050) 533 88 44, (055) 533 88 44, (012) 479 96 88