Bu gün məşəli Aygün Kazımova daşıyacaq - foto

Bu gün məşəli Aygün Kazımova daşıyacaq - foto
5995 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı 2015"in məşəlinin Bakı marşrutu başlayır.

Axşam.az-ın məlumatına görə, bu gün məşəli xalq artisti Aygün Kazımova daşıyacaq. Müğənni bu barədə sosial şəbəkədə yazıb:

"Dostlar bu gün Vətənimizdə keçiriləcək İlk Avropa Oyunlarının məşəli Bakıya gəlir. Böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparacağam. Özümü çox xoşbəxt hiss edirəm".

O, məşəli daşıdığı zaman geyinəcəyi idman paltarlarının da fotosunu paylaşıb.

Qeyd edək ki, Bakı 2015 məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.