Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq
1701 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axşam.az-a bildirilib ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 10-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.