Bundan sonra dedi-qodu mənfi hal sayılmayacaq

Bundan sonra dedi-qodu mənfi hal sayılmayacaq
898 dəfə oxunub
  • A-
  • A
  • A+
Elm dünyası artıq dedi-qodu edənləri dəstəkləyir. Bundan sonra qeybət mənfi hal sayılmayacaq. Başqalarının arxasınca danışmaq ömrü uzadır.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Oxford Universitetinin alimləri belə qənaətə gəliblər. Onların sözlərinə əsasən, dedi-qodu insan həyatında böyük əhəmiyyət daşıyır. O, ömrü uzatmaqla yanaşı, xoşbəxt və sağlam olmağa da böyük təsir göstərir.

Alimlərin fikrincə, dedi-qodu zamanı yaranan ünsiyyət hər bir adamı həm daha çox ictimailəşdirir, dili təkmilləşdirir və mənfi enerjini azaldır.

Qeyd edək ki, XVIII yüz ilədək qeybət etmək elə də pis hal sayılmayıb.