Müğənninin Ramazan etirazı: "Yenə zəngin süfrələrində..."

Müğənninin Ramazan etirazı: "Yenə zəngin süfrələrində..."
5713 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Özcan Dəniz Ramazan ayının gəlişi ilə bağlı maraqlı paylaşım edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər kəsə "israfçılıqdan, qəzəbdən, göstərişdən uzaq, nəfsinə hakim, Allaha yaxın Ramazan ayı" arzu edib:

"Yenə zəngin süfrələri qurulacaq, yenə imsaqda və iftarda 5 günlük yeməklər yeyiləcək və artıq qalanlar zibilliyə atılacaq. Yenə aclıqdan siniri pozulanlar oruc tutmayanlara qarşı çıxacaq, yenə din adamları telekanallarda qəmli musiqi sədaları altında, böyük pullar qarşılığında məntiqsiz danışıqlarını təqdim edəcəklər. Yenə məşhurlar iftar partiləri təşkil edib televiziya şousu düzəldəcək. Oruc tutmağın əsas səbəbləri unudulub, ən sadəsindən, gün boyu ac qalmaqdan danışılacaq".