Azərbaycanlı xanım yazıçının "Epizodik sevgilər"i

Azərbaycanlı xanım yazıçının "Epizodik sevgilər"i
1622 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yeraltından Kitablar" kafesində şairə Rəbiqə Nazimqızının  yenicə çapdan çıxmış "Epizodik sevgilər" adlı kitabının imza günü keçirilib.

Axşam.az-ın 525.az-a istinadən məlumatına görə, "Yazıçı" nəşriyyatında işıq üzü görən kitaba müəllifin son illərdə qələmə aldığı müxtəlif mövzulu şeirlər daxil edlib. Kitabın redaktoru və ön sözün müəllifi Qismət Rüstəmovdur. İmza günündə iştirak edən qələm sahibləri şairəni təbrik edib və yeni kitab haqqında öz fikirlərini bölüşüblər. Daha sonra şairə oxucular üçün “Epizodik sevgilər” i imzalayıb.

Tədbirdə tanınmış jurnalistlər, ədəbiyyatçılar da iştirak edib. Təqdimatda iştirak edən qələm dostlarına və oxuculara öz təşəkkürünü bildirən Rəbiqə Nazimqızı ona göstərilən diqqəti yüksək qiymətləndirib. 

Qeyd edək ki, "Epizodik sevgilər" müəllifin ikinci kitabıdır.