Rəqsanə restoran açır - fotolar

Rəqsanə restoran açır -  fotolar
7018 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova yeni biznesə başlayır.

Axşam.az-a açıqlama verən sənətçi bundan sonra iş qadını kimi də gündəmə gələcəyini bildirib:

“Bu yaxınlarda gözəllik salonum açılır. Artıq təmir işləri, bütün hazırlıqlar başa çatıb. İyulun 15-də fəaliyyətə başlayır. Eyni zamanda da restoran biznesinə başlayacam. Gözəl bir məkandır. Hazırda təmir işləri aparılır. Həftədə bir dəfə yerli müğənnilərimizin iştirakı ilə qonaqlara canlı musiqi təqdim ediləcək”.

Bir vaxtlar qızı Aysunun nişanlanacağını deyən R.İsmayılova bundan da söz açıb:

“Qızım Türkiyədə qalır. Üç-dörd günlük Bakıya gəlib, yenə qayıdacaq. Hələ qızıma toy etmək fikrim yoxdur, tezdir”.