Azərbaycanlı müğənni qırmızı xalçada

Azərbaycanlı müğənni qırmızı xalçada
3147 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova “EMMAwards 2013” musiqi mükafatının təqdimetmə mərasiminə qatılıb.

Axşam.az-ın 1news.az saytına istinadən verdiyi məlumata görə, sənətçi “EMMAwards 2013”ün Berlində keçirilən təmtəraqlı tədbirinə qonaq qismində dəvət olunub.

Bu haqda açıqlama verən İlhamə qaliblərdən birinə mükafat təqdim etdiyini deyib:

“Mən tədbirə “EMMAwards 2013”ün təşkilatçılarından olan Daniel Zauera tərəfindən dəvət olunmuşdum. Orada qalib seçilənlərdən birinə mükafat verdim. Gecəyə bir çox məşhur simalar qatılmışdı. Çox sevindim ki, əsas mükafata “Boys bend US5”in keçmiş üzvü Ceyn Han layiq görüldü. Hər ikimizin prodüseri Mark Dollardır. Mükafatını təqdim etdiyim digər məşhur isə Co Hendl oldu. Co “Next Germany Superstar” müsabiqəsinin iştirakçısı və “Cəngəllik” realiti şousunun qalibi seçilib. Tədbir çox səviyyəli və gözəl keçdi”.

Qeyd edək ki, 2012-ci ildə mahnıları ilə səsini Avropaya tanıdan İlhamə “İlin ən yaxşı musiqi videosu” nominasiyası üzrə “EMMAwards” mükafatına layiq görülmüşdü. O, Avropada “Bei mir bist du scheen” və “Flying” klipləri ilə tanınıb. “Out of reach” isə müğənninin dünya arenasına çıxacaq üçüncü ekran işi olacaq.