Güllələnən gənc müğənnidən şad xəbər

Güllələnən gənc müğənnidən şad xəbər
5624 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sibel Canın taparaq səs yarışmasına apardığı, lakin sonra sevgilisi tərəfindən güllələnən müğənni Mutlu Kayadan şad xəbər var.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına göə, Ankara GATA xəstəxanasında müalicə alan gənc qız artıq yeriməyə başlayıb.

M.Kaya baş nazir Ahmet Davutoğlunun həyat yoldaşı Sare Davutoğlunun dəstəyi ilə Diyarbəkirdən GATA-ya gətirilmişdi.

Gənc ifaçının bacısı "vəziyyəti çox yaxşıdır, sürətlə düzəlir, addımlarını yavaş-yavaş atır. Əvvəlki sağlamlığına qovuşması bir az çəksə də, hələ müalicə olunacaq" deyib.