"Natavanın məhkəməyə təqdim etdiyi sənədlər saxta imiş" - Tolik

"Natavanın məhkəməyə təqdim etdiyi sənədlər saxta imiş" - Tolik
5130 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tolik sosial şəbəkədə müğənni Natavan Həbibi ilə olan məhkəməsinin gedişatı barədə yazıb.

Axşam.az-ın məlumatına görə, o, müğənninin təqdim etdiyi sənədlərin saxta olduğunu iddia edərək, əlavə şikayət verəcəyini bildirib:

"Bildiyiniz kimi, Həbibova Natavan xanım mənə qarşı iddia qaldıraraq, guya onun haqqında KİV-də yalan məlumatlar yaydığıma görə üzr istəməyimi tələb edirdi. İş materiallarında olan sənədlərə qiymət verən məhkəmə bu tələbi əsaslı sayaraq iddianı təmin edib. Apellyasiya və Kasasiya orqanları qətnaməni dəyişdirmədən qüvvədə saxladılar.

Lakin işin icra mərhələsində bizə məlum oldu ki, Natavan Həbibovanın təqdim etdiyi bir sıra sənədlər saxta imiş. İşin gələcəkdə obyektiv və qərəzsiz həll edilməsi baxımından hazırda həmin sənədləri göstərmək istəmirəm. Harada və kim tərəfindən saxtalaşdırıldığını onsuz da qarşı tərəf yaxşı bilir. Lakin bildirirəm ki, hazırda vəkilim Rövşən Mərəndskiy tərəfindən aidiyyəti orqanlara müvafiq qaydada müraciətlər edilib. habelə Ali Məhkəmənin plenumuna əlavə kassasiya şikayəti veriləcək".

O, daha sonra əlavə edərək yazıb:

"Mən əminəm ki, ədalətli məhkəməni aldadan şəxslər qanunun sərt üzünü görəcəklər".

Qeyd edək ki, N.Həbibi xalq artisti Aygün Kazımova, prodüser Tolik və klipmeyker Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, A.Kazımova, Tolik və Z.Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.