"27 kiloqram arıqlamışam, amma..." - Murad Arif

"27 kiloqram arıqlamışam, amma..." -  Murad Arif
4371 dəfə oxunub
  • A-
  • A
  • A+
“İdmana nifrət edirəm. Mənim də getdiyim fitnes zalı var. Amma sevmirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı-müğənni Murad Arif “Həyat tərzi” verilişində qonaq olarkən deyib:

“İdmana məcburi gedirəm. Oturum yemək yeyim, musiqi dinləyim, məclis aparım – bunlardan zövq alıram. Amma idmanda bir zövq tapa bilmirəm. Mən 27 kiloqram arıqlamışam. Amma idmanla yox. Bunu dietoloqun köməkliyi ilə etmişəm. Uşaq vaxtı 2 il karateyə getmişəm. Müəllim tapşırırdı ki, 10 dairə qaçın. Hamı qaçırdı, birinci dairədə sütun arxasında gizlənirdim. Doqquzuncuda ortaya çıxırdım. O qədər yeyirdim ki, 105 kiloqram olmuşdum”.