Qızları Fatih Terimi belə təbrik etdilər

Qızları Fatih Terimi belə təbrik etdilər
3989 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızları Mərvə və Busə atalarının ad gününü sosial şəbəkədən təbrik ediblər.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, İnstaqram səhifələrində ayrı-ayrılıqda ataları ilə olan şəkillərini paylaşan qızlar yazıblar:

Mərvə: Onu itirməkdən başqa, heç nədən qorxum yoxdur. Səni nə qədər çox sevirəmsə, ömründən keçən illər o qədər çox olsun! Ad günün mübarək, atam!”.



Busə: “Həyatımın tək mühüm insanı canım atam! Mənim və bacımın kədərlənməməsi və göz yaşlarımızın axmaması üçün ömrünü bizə həsr etmiş, bizim üçün hər şeyə səbr edən, canım atam! Sənə sahib olmaq bu həyatda övlad kimi mənə verilən ən böyük şansdır. Bilirsən ki, mən sənə çox oxşayıram. Allah mənə səninlə birlikdə yaşayacağım daha bir çox il nəsib etsin. Ad günün mübarək. Səni həyatda hər şeydən çox sevirəm. Yaxşı ki, varsan...”.