“Qanlı Yanvar” Braziliyada təqdim olundu

“Qanlı Yanvar” Braziliyada təqdim olundu
526 dəfə oxunub
  • A-
  • A
  • A+

Kinorejissor Vahid Mustafayevin Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalında nümayişi baş tutub.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, Azərbaycanın Braziliyadakı səfiri ilə yanaşı, Braziliyanın bir sıra dövlət rəsmilərinin də qatıldığı təqdimatda film böyük maraqla qarşılanıb. "Qanlı Yanvar" filmi Azərbaycanı bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-dək davam edəcək festival çərçivəsində film beş dəfə nümayiş olunacaq. Bu mərasim iştirakçılarının ölkəmiz haqqında daha çox məlumat əldə etmələrinə xidmət edəcək.

Qeyd edək ki, “Qanlı Yanvar” filmi bundan əvvəl Kanadada nüfuzlu Monreal film festivalında nümayiş olunaraq xüsusi diploma layiq görülüb.