Tünzalə Ağayevanın bəstələri necə hitə çevrilir?

Tünzalə Ağayevanın bəstələri necə hitə çevrilir?
816 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva bəstələrinin necə hit olmasının yollarından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Şoubiz” verilişinə açıqlamasında mahnılarının üzərində çox hazırlaşdığını deyib:

“Mahnı yazanda düşünürəm ki, bu bəstə ən az altı ay gündəmdə qalmalı, hit olmalıdır. Həmin altı ay ərzində isə yeni bəstəni planlaşdırıram. Hər gün mahnı yazmaq olar. Amma onların nə dərəcədə seviləcəyi, hit olacağı sual altındadır. Mən mahnı yazarkən yalnız bir fəsilə aid etmirəm, bütün mövsümə uyğunlaşdırıram. Deyək ki, mahnı yazda çıxdı, hit oldu və sonradan itib batdı. Mən bunu qəbul etmirəm”.