Nüşabə müğənnilərin qalmaqalından danışdı

Nüşabə müğənnilərin qalmaqalından danışdı
1578 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nüşabə Ələsgərli yaradıcılığından söz açıb.

Axşam.az xəbər verir ki, o, gördüyü işlərdən Lent.az-a danışıb:

“Bir neçə gün olar ki, “Adı yoxdur sevgimizin” adlı yeni diskim dinləyicilərin ixtiyarına verilib. Albomdakı  mahnılarımın əksəriyyətini heç yerdə oxumamışam. Düşünürəm ki, maraqlı bir iş ərsəyə gəlib. İstirahətə hazırlaşıram. Artıq istirahəti harada edəcəyimi də planlaşdırmışam. Bu ayın 10-da uşaqlarımla Türkiyəyə gedəcəm”.

Müğənni şou-biznesin durumundan da danışıb:

“Şou aləmi heç də ürəkaçan deyil. Nədənsə son günlər qalmaqallar çoxalıb. Müğənnilər əsassız yerə qalmaqal edirlər. Bu, məni qane etmir”.