"Titullara əhəmiyyət vermirəm"

"Titullara əhəmiyyət vermirəm"
954 dəfə oxunub
  • A-
  • A
  • A+

Skripkaçı Ceyhun son vaxtlar sənət aləmində müzakirə mövzusu olan titullardan danışıb.

O, Axşam.az saytına açıqlamasında həmkarlarının titullarına əhəmiyyət vermədiyini deyib:

“Gündə bir titul çıxır. Amma heç bir mənası yoxdur. Mən buna önəm vermirəm. Sənətçiyə hansısa titul verilməsi mənə maraqlı deyil, mən onu öz adı ilə çağırıram. Mənə də bir ad veriblər: Maestro. Maestro yaradıcı insandır, müəllimdir”.

Özünü “nömrə bir skripka sahibi” adlandıran Ceyhun yeniliklərindən danışıb. O, yaxın günlərdə Yunanıstanda klip çəkdirəcəyini bildirib:

“Bilirsiniz ki, qaraçı skripkası almışam. Kim dinləyirsə, bir nömrəli olduğunu deyir. Yağışa aid yeni mahnı bəstələmişəm. İstəyirəm ki, Qara dəniz sahilində klip çəkdirim. Payızda isə sevilən müğənnilərimizdən biri ilə duet gözlənilir”.