"Eminlə mənim klipim eyni yarışmada olub"

"Eminlə mənim klipim eyni yarışmada olub"
3515 dəfə oxunub
  • A-
  • A
  • A+
Rok və vokal ifaçısı Lətifə Soyuöz yerli mükafatlandırma mərasimlərini qınayıb.

Axşam.az-ın məlumatına görə, “Onlar”a açıqlama verən ifaçı, belə mərasimlərdə adının hallanmamasından şikayət edib:

“Yalançı diplom vermələr olur. Onların hansı birində Lətifə Soyuözə diplom veriblər? Avropa mənə qiymət verirsə, nəyə görə bizimkilər mənim gördüyüm böyük işləri qiymətləndirmirlər?”.

Lətifə Soyuöz Avropada qazandığı uğurlarından da bəhs edib:

“Hədəf” mahnım Almaniyada “Dünya 50-liyi” klipləri arasında üçüncü yeri tutub. Bu dəfə isə İspaniyada birinci yerə layiq görülüb. Orada Rihannanın, İspaniyanın tanınmış sənətçilərinin, Emin Ağalarovun klipi var idi. İlk dəfə idi ki, iki azərbaycanlı bir klip yarışmasına daxil olub”.