"Pərvanələrin rəqsi” serialının çəkilişləri yekunlaşır

"Pərvanələrin rəqsi” serialının çəkilişləri yekunlaşır
1787 dəfə oxunub
  • A-
  • A
  • A+

“Serialın çəkilişləri yekunlaşmaq üzrədi. Hazırda son üç bölümün çəkilişi gedir. Buhəftəki çəkilişimiz Bakıdan kənarda olacaq”.

Bu haqda “Pərvanələrin Rəqsi” serialının quruluşçu rejissoru və ssenari müəlliflərindən biri olan Rövşən İsax Axşam.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 96 hissədən ibarət olması nəzərdə tutulan serialın bölümlərində azalma olacaq:

“Serialın 96 hissədən ibarət olmasını nəzərdə tutmuşduq. Lakin tamaşaçılar efir yayımının az olmasından gileyləndikləri üçün 45 dəqiqəlik bölümün müddətini 1 saatlıq etdik. Bu da bölümlərin sayının azalmasına səbəb oldu. Lakin bu, serialın sujet xəttinə heç bir təsir göstərməyib”.

Nigar MƏHƏRRƏM